Nepal və Hindistanda daşqınlar nəticəsində 180-dən çox insan ölüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Nepal və Hindistanda daşqınlar nəticəsində 180-dən çox insan ölüb

Nepalda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 4 gün ərzində azı 99 nəfər ölüb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, yağışlar ölkənin şərq və qərb bölgələrində fəsadlara səbəb olub.

Xilasetmə qrupları təbii fəlakət nəticəsində itkin düşən 40 nəfərin axtarışlarını davam etdirir.

Daşqın və torpaq sürüşmələrində yaralanan azı 35 nəfərə xəstəxanada tibbi yardım göstərilib.

Ölü sayının artacağı istisna olunmur.

Hindistanda isə bir həftə ərzində davam edən daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 88 nəfər həyatını itirib. Ölkənin cənubundakı Kerala əyalətində 42 nəfər, Uttarkand əyalətində isə 46 nəfər ölüb.

Həmçinin qeyd edilir ki, təbii fəlakət nəticəsində yollar su altında qalıb, körpülər çöküb, infrastruktura ciddi ziyan dəyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            402 21.10.21 23:05