Elm adamlarından yeni pandemiya xəbərdarlığı: Dünyada ən az səkkiz növ quş qripi yayılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Elm adamlarından yeni pandemiya xəbərdarlığı: Dünyada ən az səkkiz növ quş qripi yayılır

Rusiyanın cənubundakı Həştərxan şəhərində eyni gündə 101 min toyuq ölməyə başlayıb.

Bir qrup elm adamı əhalinin artması, qlobal istiləşmə, qeyri-təbii əkinçilik və heyvandarlıq səbəbiylə heyvanlardan insanlara keçən xəstəliklərin getdikcə daha çox ölümcül hala gəldiyini açıqlayıb.

"COVİD-19", "Ebola", "HİV", "Nipah" virusu və "Zika" kimi ölümcül xəstəliklərin, eləcə də quş qripi viruslarının mutasiyaya uğradığını bildirən mütəxəssislər hazırda dünyada 8 quş qripinin olduğunu və bunların hamısının insanlar üçün ölümcül ola biləcəyini bildiriblər.

Xüsusilə "H5N6" adlı virusun yoluxmuş insanların yarısını öldürdüyünü və son həftələrdə yoluxanlarda artım olduğunu ifadə edib.

Mütəxəssislər yeni bir pandemiyanın ortaya çıxacağı təqdirdə, bunun "COVİD-19"dan daha təhlükəli ola biləcəyi ilə bağlı xəbərdarlıq ediblır.

Məlumata görə, ötən ilin dekabrında Rusiyanın cənubundakı Həştərxan şəhərində eyni gündə 101 min toyuq ölməyə başlayıb. Dövlət Araşdırma Mərkəzinin sınaqları göstərib ki, "H5N8" kimi tanınan nisbətən yeni ölümcül quş qripi növü artıq yayılmağa başlayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            405 21.10.21 14:27