Futbol üzrə klublararası dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşib.
"Report"un məlumatına görə, bu barədə "Associated Press"in müxbiri Rob Harris şəxsi tvitter hesabında yazıb.
Onun sözlərinə görə, turnir 2022-ci ilin əvvəlində Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq.
Qeyd edək ki, daha əvvəl Yaponiya klublararası dünya çempionatına ev sahibliyi etmək istəsə də, sonradan ölkə hakimiyyəti koronavirusla əlaqədar vəziyyətə görə qərarını dəyişib.