Özbəkistanın Azərbaycandakı Səfirliyində prezident seçkiləri ilə bağlı məntəqə yaradılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Özbəkistanın Azərbaycandakı Səfirliyində prezident seçkiləri ilə bağlı məntəqə yaradılıb

Özbəkistanın Azərbaycandakı Səfirliyində vətəndaşların prezident seçkilərində iştirakı üçün 27 nömrəli seçki məntəqəsi yaradılıb.

"Report" Səfirliyə istinadən xəbər verir ki, seçkilər 24 oktyabr 2021-ci il, bazar günü saat 08:00-dan 20:00-dək keçiriləcək. Seçkilərdə iştirak etmək üçün Özbəkistan vətəndaşlarının səsvermə günü pasportu ilə səfirliyə gəlmələri lazımdır.

Diplomatik nümayəndəlik artıq konsulluq sənədləri və bu ölkədə yaşayan Özbəkistan vətəndaşlarının müraciətlərinə əsaslanaraq Azərbaycanda seçicilərin siyahısını tərtib edib. Seçki komissiyasının tərkibi də səfirliyin diplomatları və Azərbaycanda daimi yaşayan Özbəkistanın ayrı-ayrı vətəndaşları arasından təsdiq edilib. Belə ki, komissiyanın sədri Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhrom Əşrəfxanovdur.

Ən çox seçici Bakı, eləcə də Quba, Gəncə və Sumqayıt şəhərlərində yaşayır, lakin Azərbaycanın digər bölgə və şəhərlərində yaşayan seçicilərin də seçkilərdə iştirak edəcəyi gözlənilir.

Prezident seçkilərində Özbəkistanda fəaliyyət göstərən siyasi partiyalardan 5 namizəd mübarizə aparır:

1) Özbəkistan Ekoloji Partiyasından - Narzullo Naimoviç Oblomuradov;

2) Özbəkistan Xalq-Demokratik Partiyasından - Maqsudə Əzizovna Varisova;

3) Sahibkarlar və İş Adamları Hərəkatından - Özbəkistan Liberal-Demokrat Partiyasından - Şövkət Miromonoviç Mirziyoyev;

4) Özbəkistan "Milli Tiklanış" Demokratik Partiyasından - Əlişir Gəldieviç Kodirov;

5) Özbəkistan Sosial Demokrat Partiyasından "Adolat - Bəhrom Əbdürrəhimoviç Əbduxalimov.

Bakıdakı səfirlikdə təşkil edilən seçkilərdə Özbəkistan vətəndaşlarının iştirakı ilə bağlı ətraflı məlumat almaq üçün +994124972549 nömrəsinə zəng etmək xahiş olunur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            465 20.10.21 19:31