Bakıda oğurluq kameralara düşdü - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |     12:17 “Google”da əməkdaşlar ixtisar edilirlər  |     12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |     11:56 Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü  |    

Bakıda oğurluq kameralara düşdü - VİDEO

Paytaxtın Binəqədi rayonunda yerləşən obyektlərdən birindən oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs obyektin qapısını qıraraq içəri daxil olub kassa aparatında olan 9 000 manatı oğurlayaraq hadisə yerindən yayınıb.

Həmin şəxsin mağazaya daxil olması təhlükəsizlik kameraları vasitəsi ilə görüntülənib. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Səbuhi Sultanov saxlanılıb. Həmin şəxs ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində rayon ərazisində yerləşən daha bir mağazadan oğurluq edən şəxs saxlanılıb. Əməliyyat zamanı yetkinlik yaşına çatmadığına görə şərti adı Elsevər Mahmudov olan şəxs tutulub. Araşdırma zamanı onun Binəqədi rayonunda yerləşən obyektlərdən birinə açıq qalmış qapıdan daxil olaraq kassadan pul oğurladığı məlum olub. Bu şəxsin də mağazaya daxil olaraq oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə görüntülənib.

Saxlanılan hər iki şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Bu şəxslərin paytaxt ərazisində digər cinayətlər etdiyi istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Binəqədi Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin nazirliyin “102” Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            282 20.10.21 17:24