“Facebook” gələn həftə adını dəyişəcək - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |     11:56 Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü  |     11:55 Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı” - Qətlin TƏFƏRRÜATI  |     11:53 Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO  |     11:52 Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO  |     11:51 Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir - VİDEO  |     11:45 Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA  |     11:41 Elektromobillərlə bağlı YENİ QƏRAR: Azərbaycan gələcəyə yatırım edir  |     11:39 Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA (VİDEO)  |     11:37 Məşhur qapıçı iki sarı vərəqə alsa da, meydandan qovulmadı  |     11:23 Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO  |     22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |    

“Facebook” gələn həftə adını dəyişəcək - VİDEO

“Facebook” gələn həftə adını dəyişməyi planlaşdırır.

Bu barədə “Verge” öz mənbələrinə istinadla xəbər verir.

“Facebook “metakainat”ın qurulması yönündə diqqətini əks etdirmək üçün gələn həftə adını dəyişdirməyi planlaşdırır”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, şirkətin qurucusu Mark Zukerberqin virtual dünya – “metakainat” planları barədə cari ilin iyul ayında məlum olmuşdu. Onun sözlərinə görə, istifadəçilər bu virtual aləmdə bir-birini görüb-eşitməklə yanaşı, həm də fiziki olaraq hiss edə biləcəklər:

“Gələcəkdə siz mənim divanımda holoqram kimi otura bilərsiniz və bu həqiqətən də hiss olunacaq. Sanki biz müxtəlif ştatlarda olmağımıza baxmayaraq eyni yerdəyik”, - deyə o, bildirmişdi.

Şirkətin rəhbəri Mark Zukerberg hesab edir ki, “metakainat” - yaradıcı peşə işçilərini, şəhərin mərkəzindən uzaqda yaşamaq və işləmək istəyənlər, həmçinin təhsil və ya rekreasiya obyektlərinə məhdud girişi olanlar üçün geniş imkanlar yaradacaq.

Onu da xatırladaq ki, avqust ayında şirkət, video konfrans vasitəsi, yaxud “Oculus VR” virtual reallıq qulaqlığından istifadə etməklə bağlana bilən “Horizon Workroom” virtual ofisini təqdim etmişdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            717 20.10.21 13:40