Prezident İlham Əliyev Xorvatiyanın xarici və Avropa işləri üzrə nazirini qəbul edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Prezident İlham Əliyev Xorvatiyanın xarici və Avropa işləri üzrə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radmanı qəbul edib.

Nazir Qordan Grliç Radman Xorvatiya rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Xorvatiya rəhbərliyinə çatdırmağı xahiş edib.

Görüşdə Qordan Grliç Radmanın Azərbaycana səfərinin ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılması üçün yaxşı imkan yaratdığı bildirilib, Azərbaycan-Xorvatiya əlaqələrinin inkişafından məmnunluq ifadə edilib, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğu vurğulanıb, turizm sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb, enerji, o cümlədən bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Söhbət zamanı Xorvatiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərində iştirakda maraqlı olduqları bildirilib.

Görüşdə, həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı məsələlərinə toxunulub və Xorvatiyanın bu məsələdə hər zaman Azərbaycanı dəstəklədiyi vurğulanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            312 19.10.21 19:05