Sumqayıt polisindən əməliyyat: 12 nəfər SAXLANILDI - FOTO/VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Sumqayıt polisindən əməliyyat: 12 nəfər SAXLANILDI - FOTO/VİDEO

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhərin müxtəlif ərazilərində həyata keçirilən əməliyyatlar nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 12 nəfər tutulub.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Samir Baxışov, İbrahim Əliyev və Murad Cumatov saxlanılıblar. Onların üzərinə keçirilən baxış zamanı külli miqdarda müxtəlif növ narkotik vasitə və psixotrop maddələr aşkar edilib.

Digər bir əməliyyat nəticəsində isə şəhər sakini Əminə Fərzəliyeva saxlanılıb. Onun üzərinə və yaşadığı evə baxış keçirilən zaman 91 qrama yaxın heroin, 12 qram metamfetamin aşkar olunaraq götürülüb.

Sumqayıt polisinin şəhər ərazisində keçirdiyi digər əməliyyatlar nəticəsində isə daha səkkiz nəfər - Əhəd Süleymanov, Elçin Axundov, Möhübbət İsgəndərov, Pərviz Musayev, Ramiz Əsədov, Rafiq Nəsirov, Vadim Həşimov və Xanlar Şəfaqətov saxlanılıblar. Onların üzərinə keçirilən baxış zamanı müxtəlif çəkilərdə heroin və digər növdən olan narkotik vasitələr aşkar edilərək götürülüb.

Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar aparılır. Adları çəkilən şəxslərin hər biri istintaqa təqdim olunub.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            327 19.10.21 16:45