Azərbaycanın bəzi iqtisadi rayonlarının adlarında dəyişiklik edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |     18:52 Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır  |     18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |    

Azərbaycanın bəzi iqtisadi rayonlarının adlarında dəyişiklik edilib

Nazirlər Kabineti “Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında” 1992-ci il 3 mart tarixli 122 nömrəli, “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”nin təsdiq edilməsi haqqında” 2015-ci il 21 aprel tarixli 114 nömrəli və “Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq olunması ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2021-ci il 25 may tarixli 150 nömrəli qərarlarında dəyişiklik edib.

“Report” xəbər verir ki, bu barədə qərar Baş nazir Əli Əsədov imzalayıb.

“Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 mart tarixli 122 nömrəli Qərarına 7 nömrəli əlavə - “Azərbaycanın iqtisadi rayonlarında ekoloji vəziyyət və atmosfer havasının ekoloji əhəmiyyət əmsalları”nda aşağıdakı dəyişikliklər edilib:

“Azərbaycanın iqtisadi rayonlarında” sözləri “Azərbaycan Respublikasının ərazisində” sözləri ilə; “İqtisadi rayonlar” sütununda “İqtisadi rayonlar” sözləri “Azərbaycan Respublikasının ərazisi üzrə:” sözləri ilə əvəz edilib.

Eyni zamanda 1-ci bənddə “Səbayel” sözü “Səbail” sözü ilə, “Əzizbəyov” sözü “Xəzər, Pirallahı” sözləri ilə əvəz olunub.

Nazirlər Kabinetinin 2015-ci il 21 aprel tarixli 114 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”nin 3.1-ci bəndində verilmiş cədvəlin 12-ci hissəsinin “Ödənişin məbləği” sütununda “Abşeron və Aran” sözləri “Abşeron-Xızı, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan” sözləri ilə, “Yuxarı Qarabağ” sözləri “Qarabağ” sözü ilə və “Lənkəran, Gəncə-Qazax” sözləri “LənkəranAstara, Gəncə-Daşkəsən, Qazax-Tovuz” sözləri ilə əvəzlənib.

Nazirlər Kabinetinin 2021-ci il 25 may tarixli 150 nömrəli Qərarı ilə təsdiq edilmiş 8 nömrəli əlavə - “Tikinti-quraşdırma işlərinin qış vaxtında yerinə yetirilməsi ilə əlaqədar olan əlavə xərclərin smeta normaları toplusu”nun 4 nömrəli cədvəlinin 2-ci hissəsinin “Respublikanın, bölgələrin adları” sütununda “Yuxarı Qarabağ” sözləri “Xankəndi şəhəri, Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları” sözləri ilə əvəz olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            348 16.10.21 20:30