İşğaldan azad olunan ərazilərin monitorinqinin ilkin nəticələri Baş Prokurorluğa təqdim olunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:17 Bakıda hoteldə yanğın başlayıb  |     19:00 Türkiyə XİN: “Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma sülh sazişi üçün mühüm addımdır”  |     18:48 Azərbaycan və Pakistan iki saziş hazırlayır  |     18:33 Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb  |     18:16 13 yaşlı uşaq ehtiyatsızlıqdan Ceyranbatan su kanalına düşüb  |     17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |    

İşğaldan azad olunan ərazilərin monitorinqinin ilkin nəticələri Baş Prokurorluğa təqdim olunub

“Azərbaycan ekologiya ilə bağlı 20-ə yaxın komissiyanın üzvüdür. Amma əfsuslar olsun ki, 30 il ərzində Qarabağdakı ekoloji vəziyyətlə bağlı etdiyimiz müraciətlərə cavab verilməyib”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

Onun sözlərinə görə, işğal dövründə 100 min hektar ərazi yanğına məruz qalıb:

“Yanğınla orada olan bitki, fauna və flora tamamilə məhv olub. Qarabağda təbiətin yenidən bərpa olunması üçün uzun illər lazım olacaq. Torpaqlarımız işğaldan azad olunduğu üçün oradakı ekosidin nəticələrini görə bilirik”.

O bildirib ki, işğaldan azad olunmuş ərazilərin monitorinqinin ilkin nəticələri Baş Prokurorluğa təqdim olunub:

“Bununla bağlı cinayət işi açılacaq və beynəlxalq hüquq müstəvisində onlar törətdikləri vəhşiliklərə görə cavab verməli olacaqlar. Biz orada bir çox işlər görmək istəsək də əfsuslar olsun ki, bu, bizdən asılı olan məsələ deyil.

Həmin yerlər minalanmış olduğu üçün çox təhlükəli ərazilərdir. Böyük qayıdışın tərkib hissələrindən biri də oradakı ekoloji mühitin bərpa edilməsi, ekologiyanın sağlamlaşdırılması istiqamətində işlərin görülməsidir. Nazirlik olaraq səlahiyyətlərimiz daxilində bu işlər görülür. Görəcəyimiz işlər orada mərhələlərə bölünüb”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            564 16.10.21 15:49