Hamilə arvadını 18 bıçaq zərbəsi ilə öldürdü, həbs cəzası verilmədi - MƏHKƏMƏ + VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Dünyanın ən sərt qışı gəlir - İqlim dəyişikliyi alimləri narahat edir  |     23:50 ÜST rəhbəri: “Pandemiyanın sonuna hələ çox var”  |     23:42 Satışda olan qara çörəkləri süni rəngləyirlər? - Mütəxəssislərdən açıqlama  |     23:35 Dünya çempionatı: Azərbaycan boksçusu mübarizəni dayandırıb  |     23:29 Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb  |     23:15 Estoniyada vaksinasiyadan keçməyənlər test cavabları mənfi olsa belə ictimai yerlərə buraxılmayacaq  |     23:05 Ən uzunmüddətli koronavirus xəstəsi müalicəsini davam etdirir  |     22:59 Ərdoğan: “Səfirliklərin bundan sonrakı bəyanatlarında daha diqqətli olacaqlarına inanırıq”  |     22:52 Sabirabadda 53 yaşlı kişini avtomobil vurub  |     22:46 BMT-nin Baş katibi Sudandakı vəziyyəti qınayıb  |     22:40 Məktəb intihar etdiyi deyilən şagirdlə bağlı açıqlama verib  |     22:39 Zaqatalanın ən ucqar kəndlərindən birində məktəb yanıb  |     22:32 XTQ kamerasından döyüş kadrları – VİDEO  |     22:26 İtaliya üçüncü ölkələrdən girişə məhdudiyyətləri uzatdı  |     22:20 Prezident İlham Əliyevin Milli Qəhrəmanın atası ilə səmimi söhbəti: Mən veto qoyacağam ona - FOTO  |     22:11 Rusiyada pandemiya ilə bağlı yeni QADAĞALAR  |     22:06 Zəngilan hava limanının nə zaman istifadəyə veriləcəyi məlum olub  |     21:58 Qubadlı rayonunun əhalisinin sayı açıqlanıb  |     21:50 Qurban Qurbanov: "Uğurlu oyunlar bizi yoldan çıxara bilər"  |     21:10 Qubadlıdakı yeni hərbi hissə “HAROP”, “Quzğun” və “Qırğı” PUA-ları ilə təchiz edilib  |    

Hamilə arvadını 18 bıçaq zərbəsi ilə öldürdü, həbs cəzası verilmədi - MƏHKƏMƏ + VİDEO
2020-ci il aprelin 29-da daxil olan məlumat əsasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Qobu qəsəbəsi, “Xoş gəldin” yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə üzərində çoxsaylı bıçaq xəsarətləri ilə Leyla Bəkirovanın meyitini aşkar ediblər.

Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Təqsirləndirilən şəxs qismində qadının həyat yoldaşı Anar Bəkirov dindirilib. O bildirib ki, doğulduğu Ağsu rayonundan Bakı şəhərinə köçüb və əvvəl şadlıq evində xidmətçi işləyib, daha sonra şəxsi iş qurub. 2014-cü ildə sosial şəbəkədə Leyla adlı qızla tanış olub. Telefonda səsini eşidəndə qızın əmisi nəvəsi olduğunu bilib. Bir müddət görüşəndən sonra 2017-ci ildə ailə qurublar və nikahdan qızları dünyaya gəlib.

Qardaşı Elvin ona Qobu qəsəbəsində həyət evi alıb. Hadisə baş verən tarixədək həmin ünvanda yaşayıblar. 2020-ci ilin əvvəllərində Leyla ona ikinci uşağa hamilə olduğunu deyib. Bu barədə ailə üzvləri və qohumları da bilib.

Aprelin 29-da, axşam Leylaya başını yumaq üçün su qoymasını tapşırıb. Başını yumaq istəyərkən yoldaşından su tökməsini xahiş etdikdə həyat yoldaşı “hər şeyi mən edirəm, sən heç nə etmirsən” deyib. Həmin vaxt Leyla otaqda qızını ayaqları üzərində yellədərək yatırmaqla məşğul olub. Həyat yoldaşının hərəkətlərindən əsəbiləşərək mətbəxdən götürdüyü bıçaqla onu ürək nahiyəsindən bıçaqlayıb. Bundan sonra etdiyi hərəkətlər barəsində qardaşı Elvinə məlumat verib.

Anar Bəkırov əlavə edib ki, ailə qurduqları ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan aralarında mübahisələr yaranıb. Son vaxtlar narkotik vasitə olan marixuana və metamfetamin qəbul edib. Bu barədə həyat yoldaşı və ailə üzvlərinin məlumatı olub.

Təyin edilən kompleks stasionar məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən, Anar Bəkirov cinayət əməlini törədərkən hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmayıb. Onun əməli Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşüb.

Məhkəmə narkoloji ekspertizasının rəyinə görə, Anar Bəkirovda psixoaktiv maddələrin müştərək qəbulu nəticəsində asılılıq sindromu aşkar edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi qərara alıb ki, Anar Bəkirov ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin.
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            153 14.10.21 18:14