Azərbaycan Dövlət Pedaqoji Universitetinin iki fakültəsində koronavirus aşkarlanıb.
Bu barədə Oxu.Az-a Universitetin mətbuat katibi Cavid Hüseynov bildirib.
Onun sözlərinə görə, Fizika və riyaziyyat fakültəsində 1, incəsənət və fiziki tərbiyə fakültəsində isə 1 qrup koronavirus aşkarlandığına görə distant təhsilə keçib.