DGK: Xankəndiyə qanunsuz yük apardığına görə saxlanan iranlı sürücülər ölkələrinə qaytarılmayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 ABŞ-dan Ukraynaya növbəti yardım paketi daxil olub  |     23:34 Mədəniyyət Nazirliyi Canəli Əkbərovun ölümü ilə bağlı nekroloq yayıb  |     23:26 COVID-19 pasportu olmayan mərasim yerlərinə polisin naryad qrupları cəlb edilib  |     23:15 BMT Efiopiyaya humanitar reysləri dayandırıb  |     23:06 Peyvənd olunmaq üçün günün ən münasib vaxtı müəyyənləşib  |     22:53 Şəmkirdə parkda bıçaqlanma olub  |     22:44 Xalq artisti Canəli Əkbərov vəfat edib  |     22:37 Zəngilanın iqtisadi və turizm baxımından böyük potensialı var - ŞƏRH  |     22:30 Danimarkanın Vestas şirkəti dünyanın ən iri və ən güclü külək turbinini inşa edir  |     22:21 ÜST-dən ölkələrə ÇAĞIRIŞ  |     22:15 Yevlaxda ağır qəza, yaralılar var - FOTO  |     22:07 Baş Prokurorluq: “Bakıda idmançının zalda ölümü ilə bağlı araşdırma aparılır”  |     21:58 Telman İsmayılov Monteneqrodan siyasi sığınacaq alıb  |     21:50 Daha bir idmançımız Dünya Çempionu oldu  |     21:41 Qrip və kovidə qarşı bir vaksin hazırlanır - Korfluvek  |     21:36 Avropanın ən borclu dövlətləri məlum oldu  |     21:30 Bill Qeyts Türkiyədəki super yaxtada istirahət etdi – FOTO  |     21:25 Avropanın ən borclu dövlətləri məlum oldu  |     21:22 BMT Efiopiyaya humanitar reysləri dayandırıb  |     21:16 Siyəzəndə bıçaqlanma olub, xəsarət alan var  |    

DGK: Xankəndiyə qanunsuz yük apardığına görə saxlanan iranlı sürücülər ölkələrinə qaytarılmayıb
Bu gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə gömrük orqanları tərəfindən saxlanılan İran İslam Respublikasının vətəndaşları olan sürücülərin öz ölkələrinə qaytarılmaları barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Bununla bağlı Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, İran İslam Respublikasının vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdarın Ermənistan Respublikasından Azərbaycan Respublikası Xankəndi şəhərinə sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmələri, habelə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinin müəyyən edilməsi faktına görə 16 sentyabr 2021-ci il tarixdə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-nin 206.3.2 və 318.2-ci maddələri ilə başlanılmış və istintaqı aparılır.

Onların öz ölkələrinə qaytarılmaları ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            332 13.10.21 21:36