Qarabağda yeni hidroloji stansiyaların tikintisi üzrə planlar açıqlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Qarabağda yeni hidroloji stansiyaların tikintisi üzrə planlar açıqlanıb

2020-ci ildən etibarən Azərbaycan ərazisindəki çaylarda 25 avtomat hidroloji stansiya tikilib, ölkənin su ehtiyatlarına nəzarətin təmin olunması məqsədilə Qarabağda daha 10 stansiyanın tikintisi planlaşdırılır.

Bunu Trend-ə müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin rəisi Mütəllim Əbdülhəsənov deyib.

Onun sözlərinə görə, bu işlər Nazirlər Kabinetinin 2020-ci ildə işə saldığı layihə çərçivəsində aparılır.

M.Əbdülhəsənov bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərində iki milyard kubmetrə yaxın su ehtiyatı mövcuddur: “Azad edilmiş ərazilərdəki bütün sular dövlət nəzarətindədir. Biz Qarabağda avtomat hidroloji stansiyasının tikintisini planlaşdırırıq”.

Şöbə rəisi, həmçinin bildirib ki, bu cür stansiyalar Araz və Oxçuçaya kimi trans-sərhəd çaylarında, eləcə də Tərtər, Köndələnçay, Həkəri, Xatınçay və bir sıra digər çaylar üzərində salınacaq: “Zərurət halında stansiyaların sayını artıracağıq. Bu stansiyaların tikintisi üzrə işlər dövlət büdcəsi hesabına aparılır və Nazirlər Kabinetinin layihələrindən birinin tərkib hissəsidir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            408 12.10.21 20:37