Patriarx Kirill: "Siyasi amil dini liderlər arasında danışıqları çətinləşdirir" » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |     14:10 Quterreşdən Azərbaycan və Ermənistana çağırış  |     14:09 Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb  |     14:08 Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər  |     14:08 Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO  |     14:06 Əlavə qatqılar, allergik təsirlər: Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO  |    

Patriarx Kirill: "Siyasi amil dini liderlər arasında danışıqları çətinləşdirir"

“Söhbət hərbi münaqişənin aradan qaldırılmasından getdikdə siyasi amil mövcud olur, bu amilin hakim olması isə danışıqları çətinləşdirir. Bəzən dini nöqteyi-nəzərdən baxanda insanların niyə bir-birinə etibar edə bilmədiyini anlaya bilmirik. Onların etibar edə bilməməsinin səbəbi siyasi maraqlara toxunması ilə bağlıdır”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, dini liderlər ümumi mənafe naminə və hər hansı mənfi fəsadlar olmadan gündəlikdə olan ən mürəkkəb məsələləri belə müzakirə edirlər: “30 ildən çox mövcud olan tanışlığımız dövründə elə bir mövzu olmayıb ki, bizi bir-birindən ayırsın və ya hər hansı gərginlik yaratsın. Biz hər zaman müzakirə etdiyimiz bütün məsələlərin həllini tapmışıq və tapmaqda davam edirik”.

Patriarx Azərbaycanda pravoslav kilsəsinə başçılıq edən şəxslərin ənənəni davam etdirəcəklərinə ümidvar olduğunu bildirib: “Azərbaycanda rus kilsəsinin İslam icması ilə münasibətləri çox yüksək prioritetə malikdir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            534 12.10.21 19:56