Azərbaycan İranla sərhəddə əməliyyatlar keçirdi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |    

Azərbaycan İranla sərhəddə əməliyyatlar keçirdi - FOTO

Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Sahil Mühafizəsi bölmələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təx­mini çə­kisi 102 kiloqram 424 qram narkotik vasitəyə, psixotrop və güclü təsirli dərman pre­paratlarına bənzər maddələrin döv­lət sərhədindən qaçaq­malçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alın­ıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, dövlət sərhədinin gücləndirilmiş mühafizəsinin təmin edilməsi üzrə həyata ke­çi­rilmiş tədbirlər nəticəsində 11 oktyabr tarixində Biləsuvar rayonunun Biləsu­var kəndi istiqa­mə­tində dövlət sərhədinin yaxınlığında 4 ədəd bağlamadan təxmini çəkisi 19 kiloqram 600 qram narkotik vasitəyə, psixotrop və güclü təsirli dərman preparatlarına bənzər maddələr aşkarlanaraq götürülüb.

Həmin gün saat 20:40 radələrində eyni ərazidəki sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədinin pozulması sərhəd nar­yadı tərəfindən aşkar olunub. Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazilər qapadılıb, sərhəd naryadları tərəfindən sərhəd po­zu­cularının təqibi başlanılıb, hadisə yeri və yaxın ərazilər nəzarətə götürül­üb.

Sərhəd pozucularından biri ərazidən uzaqlaşmağa çalışarkən üzərində idman çantası ilə saxlanılıb, digər iki nəfər isə sərhəd naryadlarının “Dayan” əm­rinə tabe olmayaraq əllərindəki qaçaqmalı yerə ataraq, havanın qaranlıq, əra­zinin sıx qamışlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaç­ıblar.

Araşdırma zamanı saxlanılan şəxsin İran İslam Respublikasının vətəndaşı 1988-ci il təvəllüdlü Şahmüqəddəm Cəfər Həsən olması müəyyənləşdirilib, onun əlindəki çantaya və ərazidən götürülən bağlamalara baxış zamanı təxmini çəkisi 35 kiloqram 590 qram narkotik vasitəyə, psixotrop və güclü təsirli dərman preparatlarına bənzər maddələr aşkar olunub.

Oktyabr ayının 12-də saat 07:45 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Müha­fizəsinin Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin müha­fizəsini hə­yata keçirən sərhəd gözətçi gəmisi tərəfindən su səthində bir ədəd şüb­həli bağlama aş­kar­lanıb. Bağlamaya baxış zamanı ümumi çəkisi 47 kiloqram 234 qram nar­kotik vasitəyə, psixotrop tərkibli və güclü təsirli dərman preparatlarına bənzər maddələr aşkar olunaraq götürülüb.

Qeyd edilən faktlar üzrə hazırda əməliyyat-istintaq tədbirləri həyata keçirilir.




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            690 12.10.21 13:02