BMT rəhbəri "Taliban"ı verdiyi vədlərə əməl etməyə çağırıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

BMT rəhbəri "Taliban"ı verdiyi vədlərə əməl etməyə çağırıb

"Taliban”ın əfqan qadınların və uşaqların hüquqlarını qorumaq vədlərini yerinə yetirməməsindən dərin narahatlığımı ifadə edirəm. "Taliban”ı beynəlxalq insan hüquqları və humanitar qanunlar üzərindəki öhdəliklərini yerinə yetirməyə, qadın və qızlara verdiyi sözlərə əməl etməyə çağırıram”.

Bu fikirləri BMT baş katibi Antoniu Quterreş təşkilatın Nyu-Yorkdakı mənzil qərargahında jurnalistlərə açıqlamasın deyib. Əfqanıstanda humanitar böhranın artdığını qeyd edən baş katib əhalinin yarısının, təxminən 18 milyon insanın bundan təsirləndiyini bildirib: "Taliban” ölkəni nəzarətə götürdükdən sonra ölkənin qaynaqlarını dondurub və inkişaf yardımları dayandırılıb. Əfqanıstanda iqtisadiyyat çökmə həddinə çatıb, iqtisadiyyata yenidən nəfəs almaq üçün yollar axtarmalıyıq”.

Əfqanıstan iqtisadiyyatının 80 faizinin qeyri-rəsmi olduğunu vurğulayan A.Quterreş bildibi ki, qadınlar olmadan Əfqanıstan iqtisadiyyatını və cəmiyyətini bərpa etmək mümkün deyil: "İqtisadi çöküşün qarşısını almaq üçün iqtisadiyyata likvidlik təmin edilməlidir və bunu beynəlxalq qanunları pozmadan və ya güzəştə getmədən edilə biləcəyini vurğulayıram. Biz Əfqanıstana kömək etməsək, bunun bədəlini bütün dünya ödəyəcək. Əfqanlara kömək etmək üçün dərhal hərəkətə keçməsək, yalnız onlar deyil, bütün dünya ağır bir bədəl ödəyəcək. Qida təminatı, iş yerləri və insan hüquqları olmadan heç bir əfqan o ölkədə yaşamağı seçməyəcək. Əfqanların daha yaxşı həyat üçün ölkədən qaçdığını görürük. Göstəricilər onu deməyə əsas verir ki, yaxın gələcəkdə ölkədə cinayətlər və terrorçuluq şəbəkələri də artacaq. Bu isə təkcə Əfqanıstana deyil, bölgəyə və dünyanın qalan hissəsinə mənfi təsir göstərəcək”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            264 11.10.21 21:59