Rusiyalılar fəal şəkildə Azərbaycandakı Yeni İl turları ilə maraqlanırlar » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Rusiyalılar fəal şəkildə Azərbaycandakı Yeni İl turları ilə maraqlanırlar

İyunun 10-dan hava sərhədləri açılandan Azərbaycana səfər edən rusiyalıların sayı 70 min nəfər təşkil edib. Bu barədə Turizm Bürosunun Rusiya üzrə regional meneceri Fidan Axundzadə məlumat verib.

"İyunun 10-dan, sərhədlər açılandan etibarən 70 minə yaxın rusiyalı Azərbaycanda olub. Xaricdən gəlmə sayına görə Rusiya liderdir. Lakin pandemiyaya görə, Azərbaycana ümumi gəlmə sayı 80% azalıb", - Axundzadə Yekaterinburqda keçirilən mətbuat konfransında bildirib.

Median.Az
aviatravel.az-a istinadən bildirir ki, "RATA-news" portalı yazır ki, "TUI Rossiya" şirkətində aiareyslər açılandan sonra ilk həftələr bron həcminin davamlı artımı müşahidə olunub, ancaq sonra ajiotaj azalıb, tələbat 2019-cu ilin səviyyəsinə qdər bərpa olmayıb.

"PAC Group" şirkətində Azərbaycana bronların əksər hissəsi qrup şəklində və fərdi ekskursiya turlarının payına düşür. Şərab və qastronomik proqramlara tələbat var, otellər ayrıca bron edilir. Dağ-xizək məhsuluna tələb başlayıb, lakin o qədər də fəal deyil. Bronların əsas həcmi 4-5 ulduzlu otellərin payına düşür, səfərlər 3-5 günlük planlaşdırılır.

"Azərbaycana fəal tələb müşahidə etmirik, insanlar hələ ki dənizdə istirahəti seçirlər, yay mövsümü hər yerdə sona çatmayıb", - "De Vizu" şirkətinin baş drektoru Aleksey Lebed bildirib. O vurğulayıb ki, Azərbaycanın dağ-xizək kurortlarının Rusiya bazarında irəliləməsi indi başlayıb, "baxaq, bu tələbatın formalaşmasına gətirəcək ya yox".

"Jarkov-tur" şirkətinin baş direktoru Andrey Jarkov da təsdiq edib ki, Azərbaycanda dağ-xizək kurortları barədə hələlik xəbər almırlar, ancaq ekskursiya proqramlarına tələbat var, istirahət günləri turları alırlar. Artıq Yeni il tarixləri ilə maraqlanırlar, yenə də qısa zaman üçün. Ənənəvi olaraq Naftalanda müalicəyə tələbat var. Lakin, ümumilikdə bu istiqamət pandemiyadan əvvəl olduğundan nəzərə çarpacaq dərəcədə az satılır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin yekunları üzrə Azərbaycana turist axını 795,7 min nəfər təşkil edib, bu da 2019-cu ilin göstəricisindən 4 dəfə azdır. Tirist axınının azalması COVİD-19-a görə qüvvədə olan məhdudiyytlərlə əlaqədar olub. 2020-ci ildə Azərbaycana səfər edən turistlərin ümumi sayından 28,3%-ni rusiyalılar təşkil edib (birinci yer). 2019-cu ildə Azərbaycana Rusiyadan rekord sayda turist səfər edib - 930 min nəfər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            351 08.10.21 23:18