Xırdalanda 2 nəfərin öldüyü, 5 nəfərin yaralandığı davaya görə hökm oxunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Xırdalanda 2 nəfərin öldüyü, 5 nəfərin yaralandığı davaya görə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Xırdalanda iki nəfərin ölümündə, bir neçə nəfərin isə ağır yaralanmasında təqsirləndirilən Bahadur Əliyev və Xəlil Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Xəlil Məmmədov xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə ittiham olunaraq 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bahadır Əliyev isə xuliqanlıq ittihamı ilə 3 il 6 ay həbs cəzası alıb.

Xatırladaq ki, hadisə ötən ilin iyul ayında Xırdalan şəhərinin Mirzə İbrahimov küçəsində qeydə alınıb. Dava zamanı bir neçə şəxs xəsarət alıb. Hadisə zamanı Məmməd Məmmədov və Həsən adlı şəxs yerindəcə keçinib. 29 yaşlı Tural Quliyev və 29 yaşlı Həsənəliyev İlqar Yaşar oğlu ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, kütləvi davada qarşı tərəfdə olan Tural Quliyev, Yaşar Mövsümov və Rəvan Mirzəyevin məhkəmələri davam edir. Yaxın günlərdə onlar barəsində də məhkəmə hökmü çıxarılacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            375 07.10.21 22:46