ABŞ-ın nüfuzlu jurnalında "İranın daxili müharibəsi" adlı məqalə dərc olunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

ABŞ-ın nüfuzlu jurnalında "İranın daxili müharibəsi" adlı məqalə dərc olunub

ABŞ-ın nüfuzlu “Foreign Affairs” jurnalının sonuncu sayında İranın daxili və xarici siyasətində yaxın və uzaq perspektivdə baş verə biləcək dəyişikliklərdən bəhs edən “İranın daxili müharibəsi” adlı məqalə dərc olunub.

"Report" xəbər verir ki, məqalədə son günlər ərzində Azərbaycan-İran münasibətlərinin pərdəarxasında müşayiət olunan dinamika barədə fikirlərə də geniş yer verilib.

Yazıda İranın daxili siyasətindəki parçalanmaları göstərmək üçün 2015-ci ilin aprelində mətbuata sızdırılmış məxfi audiofayl barədə də məlumat verilib. Bildirilib ki, audiofaylda xarici işlər naziri Cavad Zərifin İranın xarici siyasətinin davamlı olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunun xidmətində olduğunu deməsi eşidilir.

Müəllifin fikirlərinə əsasən, İbrahim Rəisinin hakimiyyətə gəldiyi sosial-iqtisadi şərait də İranın öz daxili və xarici siyasətində müəyyən dəyişiklikləri şərtləndirir. Qlobal pandemiya və ABŞ sanksiyalarının orta təbəqənin demokratiya arzularının tədricən kollektiv izolyasiya və "qurban verilmə" hissləri ilə əvəzlənməsinə səbəb olduğundan söz açılıb.

Məqalədə mövcud siyasi xəttin İranın dünya, o cümlədən ABŞ-la olan münasibətlərini dəyişə biləcəyi vurğulanıb. Bildirilib ki, ABŞ və İran arasında böyük razılaşma üçün imkan pəncərəsi güman ki artıq qapanıb. İran və ABŞ toqquşmaya aparan yolda irəliləyirlər.

Eyni zamanda İbrahim Rəisinin prezident seçilməsi ilə İranın daxili siyasi çəkişmələrinin sona çata biləcəyi diqqətə çatdırılıb. Qeyd olunub ki, Rəisi İranın teokratik sisteminin sadiq funksioneridir, onilliklər ərzində prokuror və hakim vəzifələrində çalışarkən minlərlə siyasi məhbusun, solçu silahlı birləşmələrin cəzalandırılmasında aktiv rol oynayıb. Bu isə İranın ənənəvi, mühafizəkar dairələrinin uzun illər tutduğu siyasi xətdən olduqca uzaq yanaşmadır.

Məqalə müəllifi Rəisinin ali dini rəhbər Xameneyinin son illər həyata keçirdiyi böyük siyasi layihənin sadəcə kiçik bir parçası olduğunu xatırladıb. Bununla yanaşı, hökumətin yoxsullaşmış əhalinin ehtiyaclarını qarşılamalı və Rəisinin öz seçki kampaniyasında irəli sürdüyü iqtisadi vədləri yerinə yetirməsinin zəruriliyi vurğulanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            291 07.10.21 20:37