Kaliforniyada ekoloji fəlakətin başlandığı yer müəyyənləşib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Kaliforniyada ekoloji fəlakətin başlandığı yer müəyyənləşib

Kaliforniyanın Sakit Okean sahillərində boru kəmərinin zədələnməsinin mümkün yeri aşkarlanıb, yeni sızıntılar müəyyən edilməyib.

Bu barədə ABŞ Sahil Mühafizəsinin sözçüsü keçirdiyi mətbuat konfransında bəyan edib.

Hadisə ilə bağlı araşdırmalar davam edir. Bundan əvvəl düşünülürdü ki, boru kəmərini həmin ərazidə olan gəminin lövbəri zədələyib. Sahil mühafizəsi nümayəndəsi bu fikirlərə dair heç bir dəlilin olmadığını vurğulayıb.

Xatırladaq ki, oktyabrın 2-də ABŞ-ın Kaliforniya ştatının Orenc dairəsində “Amplify Energy” şirkətinin boru kəmərində baş verən nasazlıq səbəbindən 126 min galon neft (təxminən 477 min litr) Sakit okeana axıb. Ekoloji fəlakət artıq yerli faunaya təsir edib: sahildə ölü quşlar və balıqlar tapılıb.

Son məlumatlara görə, axıntı bölgəsində 20 min litrdən çox neft toplanıb, sahil xəttinin təxminən 1,6 kilometri təmizlənib. Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            606 07.10.21 12:26