Ermənistan yeni atom elektrik stansiyası tikməyi planlaşdırır » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |    

Ermənistan yeni atom elektrik stansiyası tikməyi planlaşdırır

Ermənistan hökuməti yeni atom elektrik stansiyasının inşası üçün Rusiyanın mədən şirkəti olan "Geopromining"lə danışıqlar aparır.

"Report" TASS -a istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.

"Mis əritmə zavodunun inşası üçün investisiya öhdəlikləri götürən "Geopromining" şirkəti ilə yeni atom elektrik stansiyasının inşası üçün danışıqlara başladıq. Əlbəttə, hökumətin bu prosesdə iştirakı aktiv olmalıdır, çünki atom elektrik stansiyası tamamilə şəxsi təşəbbüs ola bilməz", - Paşinyan deyib.

Ermənistanın Baş naziri əlavə edib ki, mis əritmə zavodu və yeni nüvə elektrik stansiyasının inşasına 2025-ci ilin iyun ayından əvvəl başlanacaq.

Qeyd edək ki, hazırda Metsamor atom elektrik stansiyası Ermənistanda fəaliyyət göstərir. Bu ilin əvvəlində Avropa Komissiyası Ermənistanla tərəfdaşlıq sazişinin 2020-ci ildə icra olunmasına dair hesabatında qeyd edib ki, Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası (AES) quruluşuna görə nüvə təhlükəsizliyinə dair beynəlxalq standartlara uyğun yenidən qurula bilmədiyinə görə ən tez bir vaxtda bağlanılmalıdır.

Bu səbəbdən də Metsamor AES-in bağlanmasına dair yol xəritəsinin tezliklə yaradılmasının vacibliyi qeyd olunur.

1976-cı ildən fəaliyyət göstərən və artıq texnoloji cəhətdən ifrat köhnəlmiş Metsamor AES 1988-ci ildə baş vermiş güclü zəlzələdən sonra bağlanıb, 1995-ci ildə isə beynəlxalq birliyin ciddi tənqid və etirazlarına baxmayaraq, yenidən işə salınıb. Hazırda stansiyanın gücü artırılsa da, təhlükəsizlik qaydalarına əməl olunmur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            537 06.10.21 22:30