Bu il Azərbaycana Kalininqrad vilayətindən bitki məhsulları idxal edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Bu il Azərbaycana Kalininqrad vilayətindən bitki məhsulları idxal edilib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Kalininqrad bölgəsi üzrə idarəsi bu ilin əvvəlindən 428 min tonu taxıl olmaqla, 1 130 tondan çox məhsulu yoxlayaraq ixracına icazə verib.

"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, Kalininqrad vilayəti üzrə bitki məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12 % artıb.

İxrac əsasən Avropa İttifaqına (Litva, Almaniya, İspaniya, Polşa), Çin, Bəhreyn Krallığına, Avrasiya İqtisadi Birliyi ölkələrinə, Azərbaycan, Özbəkistan və digər ölkələrə həyata keçirilib.

Bütün bitki məhsulları (taxıl, onun emalı məhsulları, turp toxumu, torf substratı, taxta və s.) üzrə 7 365 fitosanitar sertifikatı verilib.

Aparılan müayinələrin nəticələrinə əsasən, tənzimlənən bütün məhsullar karantin orqanizmləri daşımadığı və təhlükəsizlik tələblərinə uyğun olduğu bildirilib. İxrac Rusiyanın qanunvericiliyinə, idxalçı ölkələrin tələblərinə uyğun olaraq həyata keçirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            354 06.10.21 19:47