Böyük Britaniya miqrant siyasətinə yenidən baxacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Böyük Britaniya miqrant siyasətinə yenidən baxacaq

"Brexit"dən sonra Böyük Britaniyadan kütləvi miqrant axını ölkənin iqtisadi siyasətini dəyişə bilər.

Bu barədə "Reuters" analitikləri məlumat yayıb.

Məlumatda deyilir ki, təxminən 25 il əvvəl ölkə iqtisadiyyatında daha az inkişaf edən Avropa ölkələrindən gələn ucuz işçi qüvvəsi yer tuturdu.

Miqrantların ölkəni tərk etməsi və yaxud onların ölkəyə girişinə qoyulan məhdudiyyətlər Böyük Britaniyanın iqtisadi siyasətində genişmiqyaslı dəyişikliklərə səbəb olacaq. Belə ki, "Brexit" dünyada artıq pozulmuş təchizat zəncirinə əlavə zərbə vurub.

Analitiklərin fikrincə, sürücülərin, qəssabların və anbar işçilərinin çatışmazlığı Britaniya şirkətlərini əmək haqqını artırmağa məcbur edir, eyni zamanda istehlak qiymətlərini stimullaşdırır.

Öz növbəsində ölkənin Baş naziri Boris Conson daha aşağı maaş və işçilərin qeyri-kafi keyfiyyətlərinin qənaətbəxş olduğu uğursuz modelə bir daha qayıtmayacağını bəyan edib. Bundan sonra ölkənin iqtisadi siyasəti ixtisaslı kadrlara və müasir avadanlıqlara vəsait ayırmaq xətti götürəcək.

Mütəxəssislər hesab edirlər ki, Baş nazir işçi çatışmazlığı problemindən daha yüksək əmək haqqı təyin etməklə çıxmağa çalışır. Mövcud vəziyyətin isə nəticəsi yalnız inflyasiyanın artması ola bilər ki, bu da vətəndaşların gəlirinə təsir edəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            462 06.10.21 19:27