Mixeil Saakaşvilinin ukraynalı deputatla evləndiyi məlum olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:32 Hesablama Palatası “toxum subsidiya"larının verilməsi ilə bağlı nöqsanları açıqlayıb  |     20:26 Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: CİNAYƏT İŞİ  |     20:25 Ceyhun Bayramov Şavkat Mirziyoyevlə görüşüb  |     19:29 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     19:18 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     18:22 Sabah Sumqayıtın bir hissəsində su olmayacaq  |     17:45 Bulvarda gəzinti gəmiləri niyə işləmir?  |     17:19 Hacı Əliyev səhhəti ilə bağlı problemə aydınlıq gətirdi  |     16:42 İmtahan nəticələri elan olundu  |     16:40 Dövlət müəssisələrinə təhkim edilmiş 120 hektar sahə zəbt edilib  |     16:12 “TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu  |     16:06 Quzu ətinin qiymətinə satılan qulançar - VİDEO  |     15:40 Tərtər-Bakı avtobusunda təhlükəli anlar: Anidən avtobusun sükanı əsməyə başladı - VİDEO  |     15:38 52 yaşlı kişi xəstəliyinə görə intihar edib  |     13:39 Qazaxıstan prezidentindən Ermənistan və Azərbaycana TƏKLİF  |     13:07 Ermənistan və Qazaxıstan arasında bir sıra sahələrdə əməkdaşlıqla bağlı sənədlər imzalanıb - YENİLƏNİB  |     12:37 Nazirlikdən sahibkarlara xəbərdarlıq: “Saxta müfəttişlər cərimə ilə təhdid edərək yoxlama aparıblar”  |     12:35 Bakıda maşın qaçırıldı  |     12:35 Azərbaycanda 49 kiloqram narkotik aşkarlanıb  |     12:32 Xankəndidə avtomat, pulemyot və qumbaralar tapılıb  |    

Mixeil Saakaşvilinin ukraynalı deputatla evləndiyi məlum olub

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin Ukraynanın Ali Radasının “Xalqın qulluqçusu” partiyasından deputatı Liza Yasko ilə evləndiyi məlum olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə videoyazını xanım deputat feysbuk səhifəsində paylaşıb.

Videoda M.Saakaşvili deyib ki, hamını Liza ilə bir yerdə olması barədə məlumatlandırmağa qərar verib: “Biz yeni həyat, yeni ailəyə başlayırıq... İstəyirik ki, hər kəs bizim vəziyyəti anlasın və bizə xoşbəxtlik arzulasın”.

Qeyd edək ki, Gürcüstanın sabiq dövlət başçısı 1990-cı illərin ortalarından Sandra Rulofsla evli olub. Onların iki oğlu var. Cütlüyün boşanması barədə məlumatlar ictimailəşdirilməyib.

53 yaşlı M.Saakaşvili və 31 yaşlı L.Yasko arasında eşq macərasının yaşanması barədə məlumatlar ötən ilin əvvəlində Ukrayna mətbuatında yer alsa da, onların heç biri bunu təsdiqləmirdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            558 01.10.21 23:44