Britaniyada yanacaq böhranı: Ordu yüksək hazırlıq vəziyyətinə gətirildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Britaniyada yanacaq böhranı: Ordu yüksək hazırlıq vəziyyətinə gətirildi

Böyük Britaniya hökuməti yanacaq böhranı ilə mübarizə tədbirləri çərçivəsində ordunu yüksək hazırlıq vəziyyətinə gətirib.

Bu barədə ölkənin Biznes, Energetika və Sənaye Nazirliyindən bildirilib.

“Britaniyada yanacaq daşıyan hərbi tankerin sürücüləri yanacağı ən çox ehtiyac duyulduğu yerə çatdırılması üçün hazır vəziyyətə gətiriləcəklər. Eyni zamanda yüksək səviyyədə yanacaq tədarükünü təmin edəcəklər”, - deyə nazirliyin açıqlamasında qeyd olunur.

Ölkənin müdafiə naziri Ben Uolles ordunun xüsusi təlim keçəcəyini və “ən çox hiss edildiyi yerdə nəqliyyat yükünün səviyyəsini azaltmağa kömək edəcəyini” deyib.

Səlahiyyətlilər həmçinin yük maşını sürücülərinin lisenziyalarını yeniləmək üçün yenidən imtahan verməkdən azad ediblər, çünki prosedur üç gün çəkir.

Britaniya yük maşını və yanacaq tankerləri sürücülərinin çatışmazlığı səbəbindən son bir neçə ay ərzində ərzaq təchizatı zəncirində fasilələrlə üzləşib. Bu da bəzi yanacaqdoldurma məntəqələrinin bağlanmasına səbəb olub. Səlahiyyətlilərin yanacaq tədarükündə heç bir problem olmadığını bildirsələr də, ölkə sakinləri təşviş içində benzin almağa başlayıblar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            609 29.09.21 12:05