Kanadada saxlanılan “Huawei” şirkətinin maliyyə direktoru azad edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Kanadada saxlanılan “Huawei” şirkətinin maliyyə direktoru azad edilib

Kanadada saxlanılan “Huawei” şirkətinin maliyyə direktoru Men Vançjo ev dustaqlığından azad edilib.

Bununla bağlı Kanadanın Britaniya Kolumbiyası vilayətinin məhkəməsi qərar çıxarıb.

Qərara əsasən Menin işi üzrə icraata xitam verilib. Kanada Ədliyyə Nazirliyi, “Huawei”nin maliyyə direktorunun ölkəni tərk etməkdə sərbəst olduğunu bəyan edib, çünki ekstradisiya prosedurlarını davam etdirmək üçün heç bir əsas yoxdur.

“CTV National News” televiziyasının jurnalisti Makkenzi Qrey tvitterdə bildirib ki, Men Vançjonun olduğu təyyarə Vankuveri tərk edib. Çin tərəfi isə saxladığı iki Kanada vətəndaşını sərbəst buraxıb.

Qeyd edək ki, Men Vançjo 2018-ci ildə Kanadada ABŞ-ın tələbi əsasında saxlanılmışdı. O, İrana qarşı ticarət sanksiyalarını pozmaqda şübhəli bilinirdi. Daha sonra məhkəmənin qərarına əsasən 10 milyon Kanada dolları müqabilində ev dustaqlığına buraxılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            384 25.09.21 22:39