Kürdəmirdə qadına qarşı soyğunçuluq edənlər saxlanıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Kürdəmirdə qadına qarşı soyğunçuluq edənlər saxlanıldı

Ağsu rayon sakini olan bir qadın Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək rayonun Yeni Şıxımlı kəndi ərazisində tanımadığı dörd şəxsin onun əl-qolunu tutaraq, zor tətbiq etməklə çantasından bir ədəd mobil telefonunu və 83 manat pulunu apardıqlarını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq hadisəsini törətməkdə şübhəli bilinən Yeni Şıxımlı kənd sakini əvvəllər məhkum olunmuş Loğman Şıxaliyev və Amil Səmidov, Saməddin Həmidov və bir yeniyetmə saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxslər qabaqcadan əlbir olaraq tamah məqsədilə qeyd edilən hadisəni törətdiklərini etiraf ediblər.

Faktla Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci və 180.2.4-cü maddələri ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            822 23.09.21 15:53