DİN-dən saxta COVID-19 pasportu alanlara SƏRT XƏBƏRDARLIQ - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 ABŞ-dan Ukraynaya növbəti yardım paketi daxil olub  |     23:34 Mədəniyyət Nazirliyi Canəli Əkbərovun ölümü ilə bağlı nekroloq yayıb  |     23:26 COVID-19 pasportu olmayan mərasim yerlərinə polisin naryad qrupları cəlb edilib  |     23:15 BMT Efiopiyaya humanitar reysləri dayandırıb  |     23:06 Peyvənd olunmaq üçün günün ən münasib vaxtı müəyyənləşib  |     22:53 Şəmkirdə parkda bıçaqlanma olub  |     22:44 Xalq artisti Canəli Əkbərov vəfat edib  |     22:37 Zəngilanın iqtisadi və turizm baxımından böyük potensialı var - ŞƏRH  |     22:30 Danimarkanın Vestas şirkəti dünyanın ən iri və ən güclü külək turbinini inşa edir  |     22:21 ÜST-dən ölkələrə ÇAĞIRIŞ  |     22:15 Yevlaxda ağır qəza, yaralılar var - FOTO  |     22:07 Baş Prokurorluq: “Bakıda idmançının zalda ölümü ilə bağlı araşdırma aparılır”  |     21:58 Telman İsmayılov Monteneqrodan siyasi sığınacaq alıb  |     21:50 Daha bir idmançımız Dünya Çempionu oldu  |     21:41 Qrip və kovidə qarşı bir vaksin hazırlanır - Korfluvek  |     21:36 Avropanın ən borclu dövlətləri məlum oldu  |     21:30 Bill Qeyts Türkiyədəki super yaxtada istirahət etdi – FOTO  |     21:25 Avropanın ən borclu dövlətləri məlum oldu  |     21:22 BMT Efiopiyaya humanitar reysləri dayandırıb  |     21:16 Siyəzəndə bıçaqlanma olub, xəsarət alan var  |    

DİN-dən saxta COVID-19 pasportu alanlara SƏRT XƏBƏRDARLIQ - VİDEO
“Saxta COVID-19 pasportu satanla yanaşı, o sənədi alan və istifadə edən şəxs də cinayət məsuliyyəti daşıyır. Vətəndaşın bu sənədi almaq üçün verdiyi rüşvət maddəyə tövsif edilə bilər. Bu, istintaq hərəkətləri ilə əlaqəli məsələdir”.

Bunu “ARB 24”ün “Gündəm” verilişinə açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, Cinayət Məcəlləsinin 320-ci maddəsinə əsasən, saxta sənəd hazırlamaq və istifadə etmək məsuliyyət yaradır:

“Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının digər sənədlərini satma 3 min manatdan 6 min manatadək cərimə və iki ilədək müddətdə islah işləri və ya iki ilədək müddətdə azadlıqdan mərhum etmə cəzası ilə cəzalandırılır. Bu məcəllənin göstərilən digər normasında vurğulanır ki, bu saxta sənədləri bilə-bilə istifadə etmək daha ağır cəzadır. Saxta COVID-19 pasportu alan vətəndaş bilir ki, onun bu sənədi saxtadır. Burada artıq ehtiyatsızlıq yox, qəsd var. Şüurlu şəkildə müəyyən vəsait ödəməklə alırlar və onların bu əməli qiymətləndirilib daha ağır formada cəzalandırıla bilər. Bu tədbirlərin geniş miqyasda davam etdirilməsi, vətəndaşlardan bu barədə daxil olan siqnalların yoxlanılması daxili işlər orqanları ilə birlikdə Baş Prokurorluq tərəfindən davam etdirilir. Bu əməlləri törədən şəxslərin hər biri barəsində Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq qətimkan tədbirləri seçilir”.

E. Hacıyev onu da qeyd edib ki, saxta COVID-19 pasportu istifadə edən şəxs digərlərini koronavirusa yoluxdurarsa və ölümünə səbəb olarsa, Cinayət Məcəlləsinin digər, yəni 139.1-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilər.
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 972 22.09.21 13:10