Bakıda qeyri-adi inşaat: Binanın eyvanı yeni tikilinin içərisində qaldı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:43 Türkiyə Qarabağ şəhidlərinin övladları üçün kosmik düşərgələr təşkil edəcək  |     19:37 Türkiyə Zəngəzur dəhlizi çərçivəsində avtomobil və dəmir yolları üçün işlərə başlayıb  |     19:32 "Milan"da baş məşqçi postuna namizədlər bəlli olub  |     19:28 Tonqada 5,4 maqnitudalı zəlzələ baş verib  |     19:22 Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini məlumatlandırıb  |     19:13 "Sumqayıt" "Qarabağ"la oyuna baş məşqçisiz çıxacaq  |     19:06 Alimlər istilik xəbərdarlığı şkalası üçün yeni rəng təqdim ediblər  |     18:54 Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb  |     18:42 Fransa təyyarəsində tüstülənmə: Bakı hava limanına qəza enişi etdi - FOTO  |     18:27 Lukaşenko: Bəzi ölkələr Belarusu müharibəyə sürükləmək istəyir  |     17:52 Rusiya müdafiə nazirinin müavini İvanov dövlətə xəyanətdə şübhəli bilinir  |     17:45 Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi  |     17:35 Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir  |     17:20 Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO  |     17:09 Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb  |     17:00 Konqoda meymunçiçəyi epidemiyası elan edilib  |     16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |    

Bakıda qeyri-adi inşaat: Binanın eyvanı yeni tikilinin içərisində qaldı - VİDEO

Paytaxtın Səbail rayonunda tikilən yeni bina görənləri heyrətə gətirir. Səbəb isə köhnə binanın eyvanının yeni tikilən binanın içərisində olmasıdır. Burada həm təhlükəsizlik qaydaları, həm də tikinti şərtləri kobud şəkildə pozulub və tikili sakinlər üçün potensial təhlükə mənbəyinə çevrilib.

Söhbət Səbail rayonu, Rastrapoviç küçəsindən gedir.

Buradakı üçmərtəbəli köhnə bina sovet dövründə tikilib. Təxminən 10 il öncə burda 13 mərtəbəli yeni bina inşa edilməyə başlanıb. Əvvəlcə yeraltı qaraj adı ilə tikintiyə başlansa da, sonradan bu, çoxmərtəbəli binaya çevrilib.

Bir neçə ildir ki, binanın tikintisi dayandırılıb. Səbəb isə vəsaitin olmamasıdır.

Sakinlər vəziyyətlə bağlı Səbail Rayon İcra Hakimiyyətinə də müraciət ediblər. Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, sakinlərin şikayəti dinlənilib, məsələ araşdırılır. Bununla bağlı müvafiq qurumlara müraciət ünvanlanacaq.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 836 22.09.21 11:40