Rusiyada seçkilərin nəticələri: Daha bir partiya Dumada təmsil olunacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Rusiyada seçkilərin nəticələri: Daha bir partiya Dumada təmsil olunacaq

Rusiyanın Mərkəzi Seçki Komissiyası Dövlət dumasına seçkilərdə protokolların 70,67 %-nin sayıldığını açıqlayıb.

Sözügedən nəticələrə əsasən “Vahid Rusiya” Partiyası səslərin 48,46 %-ni toplayıb. Rusiya Federasiyası Kommunist Partiyası 20,30%, Rusiya Liberal Demokrat Partiyası 7,69%, “Ədalətli Rusiya” Partiyası 7,43%, “Yeni İnsanlar” Partiyası isə 5,55% səs toplamağı bacarıb.

Rusiya Mərkəzi Seçki Komissiyasının protokolların 70,67 faizinin sayılmasına əsasən verdiyi məlumata uyğun olaraq beş partiyanın müvafiq baryeri keçdiyi və Dövlət Dumasında təmsil olunmaq hüququ əldə etdiyi qeyd olunur. Buna qədər isə “Yeni İnsanlar” Partiyasının beş faizlik həddi keçmədiyi bildirilirdi.

Qeyd edək ki, VIII çağırış Dövlət Dumasına üçgünlük seçkilər sentyabrın 19-u yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00-da-red) başa çatıb. İlkin rəsmi nəticələrə əsasən, səsvermələrdə “Vahid Rusiya” Partiyası lider olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            333 20.09.21 12:30