Pentaqon rəsmisi dinc sakinlərin öldürülməsinə görə Əfqanıstandan üzr istəyib » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:34 Azərbaycana gətirilən avtomobillərin və telefonların qeydiyyatına görə rüsum dəyişdirilir  |     12:33 Zakir Həsənov Hulusi Akarla görüşdü  |     12:32 Azərbaycanda ana doğuşdan sonra öldü  |     12:31 COVID-19-un aylarla davam edən fəsadı  |     12:31 Yeni planet kəşf edilib  |     12:29 İtkin düşən rusiyalı aktrisa tapıldı  |     12:19 Ukraynada koronavirusunun ən təhlükəli növünə rast gəlindi  |     12:13 İçkili dostunu təyyarədən düşürmə tərzi hər kəsdə gülüş yaratdı - VİDEO  |     12:03 Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi  |     11:58 Bakıda ərini boyunbağı ilə boğub öldürən qadın hakim qarşısında  |     11:52 Tikinti şirkətinin oyununa tuş gələn sakinlər “Azərişıq”la üz-üzə...  |     23:59 Ərdoğan Azərbaycanla bağlı paylaşım edib  |     23:44 Səhər yeməyinin 7 faydası  |     23:36 Toplanışa çağırılan ehtiyatdakı hərbçilər hərbi hissəyə qəbul olundular  |     23:29 Kiberidman olimpiya proqramına salına bilər  |     23:22 Saatlı sakini intihara cəhd edib  |     23:12 Vətən müharibəsində Goranboy və Naftalanda zərər görən yüzlərlə tikili bərpa olunub – VİDEO  |     23:04 Noyabrın 1-dən bu telefonlarda "WhatsApp" işləməyəcək - SİYAHI  |     22:58 Putin “vəhşi mələk”ə vətəndaşlıq verdi  |     22:51 Azərbaycan millisinin baş məşqçisi: "İkinci qolu vurmaq üçün vaxt çatmadı"  |    

Pentaqon rəsmisi dinc sakinlərin öldürülməsinə görə Əfqanıstandan üzr istəyib
ABŞ-ın Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, general Frenk Makkenzi pilotsuz təyyarələrin köməyi ilə Əfqanıstanın paytaxtı Kabildə avtomobilə dinc insanların ölümü ilə nəticələnən hava zərbəsinin endirilməsinin səhv olduğunu etiraf edərək üzr istəyib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

"İndi əminəm ki, 10 dinc sakin, o cümlədən 7 uşaq, bu zərbə ilə faciəli şəkildə öldürülüb", - dinc sakinlərin həlak olması haqqında xəbərlərdən sonra araşdırmanın nəticələri haqqında danışan Makkenzi deyib.

Onun sözlərinə görə, həmçinin avtomobildə öldürülənlərin İŞİD-lə bağlı olması ağlabatan deyil.

Frenk Makkenzi etiraf edib ki, zərbə səhv olub.

"Mən əməliyyata nəzarət etmiş sərkərdə kimi bu zərbəyə və onun faciəli nəticəsinə görə məsuliyyət daşıyıram", - Makkenzi qeyd edib.

General gələcəkdə Əfqanıstanda terrorçulara zərbələr endiriləcəyi təqdirdə ABŞ-ın daha diqqətli və daha uzun müddətli potensialı hədəf seçəcəyini, bu səbəbdən səhvlərin mövcudluğu ehtimalının daha az olacağını vurğulayıb. Makkenzinin sözlərinə görə, Kabilə zərbə endirilməsi məsələsində Əfqanıstanın paytaxtındakı hava limanında insanların təhlükəsizliyi təhlükədə olduğu üçün ordunun sürətli qərar verməsinə ehtiyac olub. "Düzgün nəticələr vermə ehtimalımızın kifayət qədər yüksək olduğu ehtimalına əsaslanaraq hərəkət etdik", - o deyib.

Makkenzi vurğulayıb ki, ABŞ ola bilsin, həlak olanların qohumlarına təzminat ödəyəcək.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            279 18.09.21 22:03