Səfər Mehdiyev Kunio Mikuriya ilə görüşdü » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |     18:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     18:19 Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO  |     17:53 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |    

Səfər Mehdiyev Kunio Mikuriya ilə görüşdü

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev ilə Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə onlayn formatda görüş keçirilib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilir ki, görüşdə Azərbaycan gömrük xidməti ilə ÜGT arasında uzunmüddətli işgüzar əlaqələrdən məmnunluqla söhbət açılıb, əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə və birgə fəaliyyət nəticəsində yeni nailiyyətlərin əldə olunacağına əminlik ifadə olunub.

S.Mehdiyev Azərbaycan gömrüyünün pandemiya dövrünün yaratdığı çətinliklərə baxmayaraq uğurlu fəaliyyətindən bəhs edib, informasiya texnologiyalarına əsaslanan layihələr, beynəlxalq ticarətin inkişafı, qaçaqmalçılığa, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə atılan addımlardan danışıb.

Kunio Mikuriya ÜGT-nin ən çətin və böyük Avropa regionuna rəhbərliyi dövründə Dövlət Gömrük Komitəsinin peşəkar fəaliyyətinə, üzv ölkələrin gömrük orqanları arasında koordinasiyanın səmərəli təşkilinə görə Komitə sədrinə təşəkkürünü bildirib.

Görüşdə əməkdaşlığın daha da gücləndirilməsi, beynəlxalq ticarətin inkişafının dəstəklənməsi istiqamətində gələcəkdə atılacaq addımlar, görüləcək işlər barədə ətraflı fikir mübadiləsi aparılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            366 18.09.21 20:37