"Ona görə də, dişlər zədələnir və ləkələnir..." » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |    

"Ona görə də, dişlər zədələnir və ləkələnir..."

Stomatoloji narahatlıq olan dişləm problemini aradan qaldırmağın bir sıra metodları var. Son dövrlər ən çox istifadə edilən metodlardan biri də breketlə müalicədir. Breketlər vasitəsilə üst və alt çənəni düzgün formada otuzdurmaq mümkündür. Ümumiyyətlə, dişləm üst və alt çənənin düzgün düzülüşünə deyilir. Bəzən üst və alt çənənin ölçü anomaliyalarında fərqlər olur. Normalda üst dişlər daha geniş sırada düzülməli və alt dişləri tam örtməlidir. Yəni, üst və alt dişlər kilid kimi bir-birinə oturmalıdır. Belə olmadıqda, distal və yaxud da medial dişləm əmələ gəlir. Bu, üst çənənin lazımından çox inkişaf etməsindən ya da alt çənənin inkişafsız qalmasından yarana bilər.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, bu barədə həkim-stomatoloq Aynur Xəlilova məlumat verib.

Bildirib ki, breket yerləşdirildikdən sonra xüsusi tellər vasitəsilə güc tətbiq edərək dişləri düzgün formaya salmaq mümkündür. Nəzərə almaq lazımdır ki, dişləmində problem olan pasiyentlərdə təkcə estetik görüntü pozulmur, ağız boşluğunda funksional narahatlıqlar da baş verir. Müalicə nəticəsində pasiyentin dişlərinin həm estetik gözəlliyi, həm də çeynəməsi funksional olaraq bərpa edilir.

Həkim-stomatoloq vurğulayıb ki, breketlərdən istifadə əvvəlki illərlə müqayisədə daha rahatdır: "Müasir dövr estetik gözəlliyi çox tələb etdiyi üçün daha estetik görünüşlü breketlər icad edilib. Əvvəllər yalnız klassik formalı metallik breketlərdən istifadə edilirdisə, indi müxtəlif materiallı daha şəffaf vasitələr var. Bunlar safir, keramik və kompozit materiallı breketlərdir. Belə breketlər uzaq məsafədən çox da görünmədiyi üçün kompleksli pasiyentlərə daha çox təklif edilir. Hətta elə növ breketlər var ki, dişin üst səthindən deyil, arxa səthindən düzülür. Belə breketlərin həm müsbət, həm də mənfi cəhətləri var. Mənfi tərəfi odur ki, pasiyentin breketə öyrəşmə dövrü çətin keçir. Danışıq prosesi bir müddət çətinləşir".

A.Xəlilova, həmçinin breketli dişlərə xüsusi qulluq qaydası barədə də məlumat verib: "Breketlər dişlərdə heç bir ləkə əmələ gətirmir. Ləkəni əmələ gətirən breket taxıldıqda diş ətrafında toplanan ərpdir. Pasiyenlər dişlərin ya gigiyenasına əməl etmir, ya da fırçalamaq üçün yanlış texnikadan istifadə edirlər. Nəticədə, tərkibində çoxlu bakteriyalar olan ərplər əmələ gəlir və bakteriyaların ifrazatı turş mühit yaradır. Ona görə də, dişlər zədələnir və ləkələnir. Ümumiyyətlə, breketli dişlərin xüsusi qulluq qaydası var. Müalicəyə başlayan pasiyentlər mütləq qaydada təlimatlandırılırlar. Gigiyenaya riayət etmək müalicənin önəmli hissələrindən biridir. Çünki breket ətrafı toplaşmış ərplər və daşlar pasiyentə diskonfort yaratmaqla bərabər, sağalma prosesini də ləngidir. Təlimatlara fırçalama texnikası, düzgün vasitələrin seçilməsi daxildir.

Breket müalicəsinə başlamazdan öncə ağız boşluğunda olan bütün problemlər həll olunmalıdır. Xüsusi diaqnostika aparılmalıdır. Diaqnostikaya rentgenoloji müayinə və ümumi baxış daxildir. Nəticədə, kariyesləri və çəkiləsi dişləri müəyyən etmək lazımdır. Yəni, breket müalicəsinə ağız boşluğundakı problemləri aradan qaldırdıqdan sonra başlamaq məsləhətlidir. Çünki breket müalicəsi uzunmüddətlidir. Əks halda, müalicə müddətində dişlərdə baş verən problemi aradan qaldırmaq bir az çətin olur".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            450 04.08.21 23:45