Körpəsini Şəhidlər xiyabanına atan qadın danışdı: “Yoldaşım uşağın ondan olmağına inanmır” - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Körpəsini Şəhidlər xiyabanına atan qadın danışdı: “Yoldaşım uşağın ondan olmağına inanmır” - FOTO

Ağcabədi rayonunda bir neçə gün öncə küçəyə atılan körpənin anası danışıb.

Bərdə rayon sakini Vüsalə Fərzəliyeva “Qafqazinfo”ya açıqlamasında övladını küçəyə atmasının səbəbini açıqlayıb. Onun sözlərinə görə, əri həmin uşağın ondan olduğuna inanmadığını deyib: “Valideynlərim də dedilər ki, uşağı özünlə gətirmə. Yoldaşım da bu uşağın ondan olduğuna inanmır. Mənim evdə bir şikəst övladım var, 8 aylıq olanda yanıb. Həmin gün uşağı götürüb yoldan keçən maşına mindim və aparıb atdım. Evdən dedilər ki, uşağı atmaq yerinə gərək öldürərdin. Dedim ki, niyə öldürürəm?! Dedilər ki, sənin ucbatından rüsvay olduq”.


V.Fərzəliyeva deyib ki, hazırda uşağın vəziyyəti yaxşıdır: “Maddi imkansızlıq səbəbindən atmışdım, amma ürəyim dözmədi. İndi istəyirəm ki, bir sığınacağım olsun, balalarımla orada yaşayım. Dörd uşağım var, hərəsi bir tərəfdədir. Birinin ayağı yaralıdır, atasının yanında qoymuşam, biri xəstəxanadadır, ikisi də anamgildə qalır. Yoldaşımla 2013-cü ildə evlənmişik. Təzəlikcə boşanmışıq. Dörd uşağımın da atası odur”.
Xatırladaq ki, iyulun 22-də Ağcabədi rayonu, Hindarx qəsəbəsinin ərazisində yerləşən “Şəhidlər xiyabanı”nın qarşısında sellofan torbada yeni doğulmuş körpə tapılıb. Ana yeni doğulmuş uşağı ilə birlikdə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Eyni zamanda, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ana və övladı nəzarətdə saxlanılaraq, sosial təhlükə vəziyyətinin aydınlaşdırılması, valideynlik hüquqlarının məhdudlaşdırılması üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədi ilə ananın yaşadığı yer üzrə Bərdə Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            753 30.07.21 17:21