Həftədə bu qədər alkoqol qəbul etmək infarkt və insultdan qoruyur - Alimlər açıqladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Həftədə bu qədər alkoqol qəbul etmək infarkt və insultdan qoruyur - Alimlər açıqladı

London Universitet Kollecinin alimləri ürək üçün xeyirli olan alkoqol dozasını müəyyən ediblər.

Britaniyalı alimlər ürək-damar xəstəliyindən əziyyət çəkən insanlarda gündəlik qəbul edilən alkoqol dozasına görə infarkt, insult, stenokardiya və ürək tutması nəticəsində ölüm riskini qiymətləndiriblər. Məlum olub ki, gündə yarım qədəh şərab içənlərin ölüm riski içməyənlərə nisbətən daha azdır, gün boyu bir qədəh şərab içənlərlə bir şüşə pivə içənlərin ölüm riski isə təxminən eynidir.

Sfera.az-ın məlumatına görə, tədqiqatın nəticələri "BMC Medicine” jurnalında dərc edilib.

London Universitet Kollecinin alimləri araşdırmalarında İngiltərə və Şotlandiya səhiyyə xidmətlərinin, Britaniyanın biobankının və əvvəlki 12 tədqiqatın nəticələrindən yararlanıblar.

Ümumilikdə, son 20 ildə ürək-damar xəstəliklərindən əziyyət çəkən 48 mindən çox kişi və qadın haqda məlumat toplanıb. Söhbət infarkt, insult, stenokardiya və ya ürək tutması nəticəsində baş verən ölüm hallarından, eləcə də iştirakçıların istehlak etdiyi alkoqol dozasından gedir.

Alimlər müəyyən ediblər ki, gündə altı qram alkoqol qəbul edənlərdə ürək-damar xəstəlikləri və ölüm riski minimum səviyyədədir. Gündəlik 15 qram spirtli içki qəbul edənlərin ölüm riski daha yüksək, amma heç içməyənlərdən daha aşağıdır. Nə qədər təəccüblü səslənsə də, hər gün bir şüşə pivə və ya yarım şüşə şərab içənlər içməyənlərlə eyni qrupa daxil edilib.

"Nəticələrimiz göstərir ki, ürək-damar xəstəliklərindən əziyyət çəkən insanların infarkt, insult və ya stenokardiyanın qarşısını almaq üçün içməyi tamamilə dayandırmağına ehtiyac yoxdur, amma alkoqol istehlakı digər xəstəliklərin inkişaf riski ilə əlaqəli olduğundan həftəlik alkoqol istehlakını azaltmaları məsləhətdir", - deyə bildirilib.

Məlumata görə, gündə altı qram alkoqol qəbul edənlər arasında yenidən infarkt və ya insult keçirmə riski, heç içməyənlərə nisbətən 50 faiz, hər hansı digər səbəbdən ölmə riski isə 21 faiz aşağıdır.

Alimlər hesab edir ki, həftədə 105 qrama qədər spirtli içki qəbulu ürək üçün təhlükəsiz hesab edilə bilər, bu isə bir şüşə şərab və ya orta tündlükdə olan üç şüşə pivəyə bərabərdir. Bundan artıq içki qəbul edənlər üçün ağır ürək xəstəlikləri riski kəskin şəkildə artır.

Tədqiqatçılar nəticələrin birbaşa müşahidəyə deyil, fərqli mənbələrdən və fərqli dövrlərdə əldə edilmiş məlumatların riyazi işlənməsinə əsaslandığını qeyd edirlər. Onlar yaşa, cinsi mənsubiyyətə və siqaretə münasibətə görə nəticələrə müəyyən düzəlişlər edib. Eyni zamanda uzun müddət spirtli içki qəbul edib, sorğu zamanı içməyənləri, yaxud yüngül formada içki qəbul edənləri içməyənlər və ya az içənlər qrupundan çıxarmağa çalışıblar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            423 27.07.21 16:48