Nura Suri qəzaya düşən oğlundan danışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:01 Azərbaycan nefti bahalaşıb  |     12:00 Kürdəmirdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar - FOTO  |     11:58 PSJ “Barselona”nın oyunçusuna böyük məbləğ təklif edir  |     11:57 Sumqayıtda gənc oğlan itkin düşüb  |     11:56 Bu yay üçün REKORD İSTİLİK gözlənilir  |     11:56 Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA  |     11:55 Bakıda gənc oğlanı avtobus vurub  |     11:53 Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO  |     11:52 Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi  |     11:51 KTMT-nin baş katibi Ermənistanın təşkilatda işini məhdudlaşdırmasına münasibət bildirdi  |     11:42 Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin TƏFƏRRÜATI MƏLUM OLDU - YENİLƏNİB  |     11:31 Sumqayıt sakini: “Gözümüzü açıb belə görmüşük, məcbur olub taksidən istifadə edirik” - VİDEO  |     11:25 Bakıda restoran sahibləri cəzalandırıldılar  |     11:18 Argentina iranlı nazirin həbsini tələb edir  |     23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |    

Nura Suri qəzaya düşən oğlundan danışdı

Müğənni Nura Suri oğlu Xosrovun ABŞ-ın Kaliforniya ştatında qəzaya düşməsindən sonra yaşadığı çətinliklərdən danışıb.

O, bu barədə sosial şəbəkədə məlumat paylaşıb:

“15 gün əvvəl oğlum qəzaya düşəndə ətrafımdan beş-altı nəfər bilirdi. Belə xəbəri çox insanla bölüşmək istəmirdim. Problemim olanda çalışıram ki, bölüşməyim. Hətta valideynlərimi də belə xəbərlərdən qoruyuram. Onlara hər şeyi dörd gün sonra demişdim.

Yazdığım statuslara görə nədənsə bəzi insanlar narahat olur. Amma mən heç vaxt özümə görə yazmıram. Ancaq insanları, ədaləti düşünərək yazıb işıqlandırıram”.

O bildirib ki, hazırda oğlum ayaq üstədir:

“Çıxırıq, gəzirik, həkimə gedib gəlirik, yeməyə gedirik. Hər şey yolundadır.

Dünəndən telefonum susmur. Hamı yazır, zəng edir, maraqlanır. Hər birinizə təşəkkür edirəm.

Sənət dostlarımdan isə Röyanın yeri ən yüksək pillədədir bu gün. Heç vaxt yaxın dost olmamışıq, amma yaxın bildiklərimdən daha çox doğmalıq etdi. Çox mərdlik etdi. Özü hamıdan əvvəl xəbər tutmuşdu. Burda uzun-uzadı yazmaq istəmirəm. Elə şeylər var ki, onu az adam bilsə yaxşıdır, yaxşını da, pisi də. İnsanları tanıdım və nə yaxşı ki, hər kəsin münasibətini özüm üçün bildim”.

Qeyd edək ki, müğənninin oğlu ABŞ-da dostunun avtomobilini idarə edərkən qəzaya düşüb. Hadisə zamanı onun ağciyəri zədələnib, beyin travması alıb. Həkimlərin səyi nəticəsində sənətçinin oğlunun həyatını xilas etmək mümkün olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            861 19.06.21 15:01