"Əgər pensiyaçı 12 ildən çox yaşayırsa..." - Nazirlikdən AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Ərdoğan Azərbaycanla bağlı paylaşım edib  |     23:44 Səhər yeməyinin 7 faydası  |     23:36 Toplanışa çağırılan ehtiyatdakı hərbçilər hərbi hissəyə qəbul olundular  |     23:29 Kiberidman olimpiya proqramına salına bilər  |     23:22 Saatlı sakini intihara cəhd edib  |     23:12 Vətən müharibəsində Goranboy və Naftalanda zərər görən yüzlərlə tikili bərpa olunub – VİDEO  |     23:04 Noyabrın 1-dən bu telefonlarda "WhatsApp" işləməyəcək - SİYAHI  |     22:58 Putin “vəhşi mələk”ə vətəndaşlıq verdi  |     22:51 Azərbaycan millisinin baş məşqçisi: "İkinci qolu vurmaq üçün vaxt çatmadı"  |     22:45 Türkiyədə koronavirusla bağlı son vəziyyət - FOTO  |     22:38 Əfqan ailə yeni doğulan qızlarını 500 dollara satdı  |     22:32 Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb  |     22:30 Qurd Cəbrayılın real həyat hekayəti: Stalin bank yarmağı tapşırdı, 36 il həbsdə yatdı, qızı qəbirdən çıxartdı  |     22:22 Koronavirus ürək sağlamlığına necə təsir edir? Kardioloq Yasmin Rüstəmova izah edir  |     22:07 Azərbaycanın daha bir boksçusu dünya çempionatına qələbə ilə başlayıb  |     21:58 Sumqayıtda marşrutların kart sistemində niyə problem yaranıb? - AÇIQLAMA  |     21:51 Nabrandakı məşhur "Atlant" satışa çıxarıldı - FANTASTİK QİYMƏT  |     21:45 Qarabağ balı Fransaya ixrac olunacaq  |     21:34 Şuşa və Ağdamın komandaları Region Liqasında çıxış edəcək  |     21:11 Balakəndə qazın verilişində fasilə yaranacaq  |    

"Əgər pensiyaçı 12 ildən çox yaşayırsa..." - Nazirlikdən AÇIQLAMA
Azərbaycanda pensiyaçıların 54 faizi artıq 12 ildən çoxdur ki, pensiya alır. Həmin vətəndaşların topladıqları sığorta kapitalı artıq bitib.

Median.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov deyib.

Onun sözlərinə görə, Azərbaycanda gözlənilən ömür uzunluğu 77 il, pensiyaya çıxma yaşı isə 65-dir: "Arada 12 il fərq var. Bu gün Azərbaycanda 1 milyon 232 min pensiyaçı var. Biz vətəndaşın topladığı sığorta haqqını ona 12 il ərzində ödəməyi planlaşdırırıq. Əgər vətəndaş pensiyaya çıxdıqdan sonra 12 ildən çox yaşayırsa, onun pensiyasını kəsmirik. Məsələn, 90 yaşa çatan insanlar var ki, onlar pensiya almağa davam edirlər. Bu insanların topladıqları pensiya kapitalı artıq çoxdan bitib. Bu gün biz onların ödənişlərini Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri hesabına davam etdiririk".//day.azскачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            408 23.02.21 21:17