Yanacaq keyfiyyətinin aşağı olması ilə bağlı məsələyə aydınlıq gətirildi - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:33 Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb  |     18:16 13 yaşlı uşaq ehtiyatsızlıqdan Ceyranbatan su kanalına düşüb  |     17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |    

Yanacaq keyfiyyətinin aşağı olması ilə bağlı məsələyə aydınlıq gətirildi - AÇIQLAMA

“Yanacağın keyfiyyəti ilə bağlı aparılmış monitorinqlərin nəticəsi kimi istehlakçıların şikayətlərində həqiqət var. Yanacağın keyfiyyət göstəriciləri ilə bağlı problemlər var”.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli 2020-ci ilin yekunlarına həsr olunan media konfransda deyib.

Onun sözlərinə görə, 36 yanacaqdoldurma stansiyası üzrə monitorinqlər aparılıb və böyük əksəriyyətində kənarlaşmalar müşahidə olunub:

“Biz bu materialları təhlil edirik. Tərəfimizdən lazım olan nəzarət tənzimləyici metodların tətbiqinin müzakirəsini aparırıq. Bununla əlaqədar Tədbirlər Planı hazırlanıb. Qısa müddət ərzində Tədbirlər Planı ictimaiyyətə açıqlanacaq”.

Məsələ ilə bağlı SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Oxu.Az-a açıqlama verib.

O bildirib ki, burada söhbət YDM-lərdən götürülən yanacaqdan gedir və məsələ birbaşa SOCAR-la əlaqəli deyil:

“Burada söhbət respublika üzrə fəaliyyət göstərən ayrı-ayrı YDM-lərdən gedir. Onların hər biri yanacağın keyfiyyətinə görə özləri də məsuliyyət daşıyır. Bu cəhətdən müxtəlif YDM-lər arasında yanacağın keyfiyyəti baxımından fərqlər ola bilər. Bu, birbaşa yanacağın istehsalçısına bağlı olan məsələ deyil”.

İbrahim Əhmədov vurğulayıb ki, yanacağın keyfiyyətinə nəzarət olmalıdır və SOCAR bu istiqamətdə nəzarət funksiyasının olmasının tərəfdarıdır:

“Müxtəlif YDM-lərdə yoxlamaların aparılması istehsalçının da maraq dairəsindədir. Çünki bunun bizim brendimizin imicinə də təsiri var. Bir daha qeyd edim ki, müxtəlif məntəqələrdə yanacağın keyfiyyətinin fərqli olması istisna deyil. Hərçənd ki, yanacaq mənbəyi eynidir. Ona görə də biz bu məsələyə müsbət yanaşır və dövlət tərəfindən olan bu təşəbbüsü alqışlayırıq”.

O qeyd edib ki, növbəti illərdə SOCAR “Avro-5” standartlarına uyğun olan yanacağın istehsalına başlayır və bu zaman qəbul olunan ümumi standartlar da dəyişə bilər:

“Lakin hazırkı dövr üçün saxlanılan məhsul mövcud standartlara uyğun olmalıdır. Əgər biz bu standartlara uyğun olan məhsulu yanacaqdoldurma məntəqələrinə satırıqsa, onlar da məhsulun eyni standartlara uyğun şəkildə müştərilərə pərakəndə satışını təmin etməlidirlər. Bu baxımdan yoxlamaların aparılmasının və bunun müqabilində Azərbaycan brendi imicinin möhkəmlənməsinin tərəfdarıyıq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            510 17.02.21 17:43