Azərbaycan ən çox Avropa İttifaqı ölkələrinə məhsul ixrac edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |    

Azərbaycan ən çox Avropa İttifaqı ölkələrinə məhsul ixrac edib

2020-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan xaricə 2 min 850 çeşid məhsul ixrac edib.

Oxu.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, ixrac olunan məhsulların sektorlar üzrə bölgüsündə dövlət sektoru ixracın 47,2 faizini, özəl sektor 52,5 faizini, fiziki şəxslər 0,4 faizini təşkil edib.

Dövlət sektoru üzrə ixrac edilən məhsulların dəyəri 5 milyard 769,8 milyon dollar, özəl sektor üzrə 6 milyard 416,3 dollar, fiziki şəxslər üzrə 47,9 milyon dollar olub.

Belə ki, MDB ölkələrinə ixrac olunan məhsulların ümumi dəyəri 1 milyard 95,5 milyon dollar, Avropa İttifaqı ölkələrinə 6 milyard 145,4 milyon dollar, digər ölkələrə ixrac olunan məhsulların ümumi dəyəri isə 4 milyard 993,1 milyon dolları təşkil edib.

İxrac əməliyyatları həcminin ən yüksək həddi yanvar ayında qeydə alınıb, cari ayda ixrac edilən məhsulların dəyəri 2 milyard 130,2 milyon dollar olub. Əməliyyatların həcminin ən aşağı həddi isə may ayında müşahidə olunub və bu ayda 665,5 milyon dollar dəyərində məhsul ixrac olunub.

Azərbaycandan humanitar yük, təmənnasız kömək və texniki yardım məqsədli ixrac edilən məhsulların dəyəri isə 645,2 min dollar həcmində olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            618 17.11.20 20:22