Azərbaycanın ticarət dövriyyəsi 21 milyard dolları üstələyib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Azərbaycanın ticarət dövriyyəsi 21 milyard dolları üstələyib

2020-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 21 milyard 1,4 milyon ABŞ dolları dəyərində olub.

Oxu.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsi 25,7 faiz azalıb.

Ölkənin ixrac həcmi idxal həcmini üstələyib və 3 milyard 466,7 milyon ABŞ dolları həcmində müsbət xarici ticarət saldo yaranıb.

Azərbaycan müvafiq dövrü ərzində 12 milyard 234,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. İxrac həcmi ötən ilin eyni dövrünə nisbətən 27,3 faiz azalıb.

2020-ci ilin ilk 10 ayında ölkəmiz 8 milyard 767,4 milyon ABŞ dolları həcmində məhsul idxal edib. Bu isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 23,5 faiz azdır.

Azərbaycanla ticarət əməkdaşlığında 182 ölkə iştirak edib. Xarici ticarət iştirakçılarının ümumi sayı 39 096 olub. Eləcə də, xarici ticarət tərəfdaşlarının 31 min 441-i fiziki şəxslər, 7 min 655-i hüquqi şəxslər olub. O cümlədən, 248-i dövlət sektoru, 7 min 407-si özəl sektoru əhatə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            579 16.11.20 20:07