Payızda kəskinləşən xroniki xəstəliklərdən özümüzü necə qoruyaq? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Payızda kəskinləşən xroniki xəstəliklərdən özümüzü necə qoruyaq?

Bir çox xəstəliklərin kəskinləşməsi məhz payız aylarında baş verir. Mütəxəssislərin ehtimalına görə, bunun səbəbi insan orqanizmində bioritmlərin kəskin dəyişilməsi ola bilər.

Median.Az
e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-terapevt, Mərkəzi Gömrük Hospitalının əməkdaşı Nazilə Xəlilbəyova deyib:

"Belə ki, payız aylarında günəşli günlərin sayı azalır, gecələr uzanır, günün qısalması səbəbindən insanlar daha tez yatmağa gedir və s. Ümumiyyətlə, payız aylarında insanlar depressiyalara, nevrozlara çox meyilli olurlar. Təbiət və iqlim dəyişmələrinin hər biri orqanizmi stress vəziyyətinə salır. Eyni zamanda, dəyişkən küləkli, yağışlı hava, daim dəyişilən meteoşərait insanlarda stressin inkişafına təkan verir. Stress isə öz növbəsində, immun sistemini zəiflədir. Nəticədə insanda olan xroniki xəstəliklər kəskinləşməyə başılayır. Bu xroniki xəstəliklərə ürək-damar sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, həzm sistemi xəstəlikləri, artrit və artroz, bəzi ginekoloji və uroloji xəstəliklər, psixi pozulmalar aiddir".

Mütəxəssis vurğulayıb ki, ürək-damar xəstələri daim arterial təzyiqlərinə diqqət yetirməli, düzgün qidalanmalı, fiziki gərginlikdən, stressdən uzaq olmalıdırlar. Havanın temperaturunun kəskin aşağı düşməsi, yağışlı, rütubətli hava virus və soyuqdəymə tənəffüs sistemi xəstəliklərinin inkişafına təsir edir. Bu xəstəliklər zamanı isə ilk növbədə bronxlar zədələnir:

"Xəstəliyin ilk simptomlarında həkimə müraciət edin. Müalicədən əlavə insan çoxlu ilıq maye içməlidir ki, bu bronxlardan bəlğəmin çıxmasını asanlaşdırır. İlıq süd, yarıbayarı borjomla qarışdırılmış süd, biyan kökü və gülxətmi kimi otların dəmləmələri, soğan şirəsi çox yaxşı təbii bəlğəmgətirici vasitələrdir.

Payız aylarında həzm sistemi xəstəlikləri (xroniki qastrit, xora xəstəliyi) olan insanları adətən qarının yuxarı hissəsində ağrılar, köp, qıcqırma, ürəkbulanması, qusma kimi simptomlar narahat etməyə başlayır. Mütləq qastroenteroloqa müraciət etmək və lazım olan müalicə almaq lazımdır. Müalicədən əlavə pəhriz də çox önəmlidir".

Həkim qeyd edib ki, qızardılmış, yağlı, duzlu, kəskin qıdalar, turşular, təzə çörək, hisə verilmiş məhsullar, qəhvə, qazlı sular və s. rasiondan çıxarılmalıdır. Az-az və tez-tez qidalanmaq lazımdır ki, mədə birdəfəyə yüklənməsin. Artrit və artrozdan əziyyət çəkən xəstələrdə oynaqda ağrılar, oynağın şişməsi, oynaqda hərəkətliliyin azalması kimi simptomlar meydana çıxır.

Onun sözlərinə görə, profilaktika məqsədi ilə daha isti geyinmək, düzgün qidalanmaq, C vitamini qəbul etmək lazımdır, belə ki, bu vitamin qığırdaq toxumasının bərpasına kömək edir: "Unutmayın ki, bütün sadalanan xəstəliklərdə açıq havada gəzmək, daha çox adi təmiz su içmək, idmanla məşğul olmaq, soyuqdan qorunmaq və düzgün qidalanmaq vacib amillərdir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 467 31.10.20 22:25