“CityAirbus” aero taksisi ilk sərbəst uçuşunu həyata keçirdi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |    

“CityAirbus” aero taksisi ilk sərbəst uçuşunu həyata keçirdi - VİDEO

“Airbus” şirkətinin “Airbus Helicopters” bölməsi tərəfindən yaradılan uçan taksi ilk sərbəst uçuşunu həyata keçirib.

Bu barədə TASS “Le Parisien” qəzetinə istinadla informasiya yayıb.

Bu layihə şirkət tərəfindən Paris Nəqliyyatı Muxtar İdarəsi (RATP) ilə birlikdə həyata keçirilir.

Əslində bu uçuş “CityAirbus”ın ikinci uçuşu olub. Lakin 2019-cu ilin mayında keçirilən ilk uçuşda maşına qoruyucu kanatlar bərkidilib. Həmin vaxt sadəcə mühərrik və uçuşa nəzarət sistemləri sınaqdan keçirilib.

İndi isə söhbət praktiki cəhətdən tamamlanmış, havada 120 kilometr/saat sürətlə dörd nəfəri daşımaq iqtidarında olan maşından gedir. Uçan taksinin mühərriki elektrik enerjisi ilə çalışır, uçuş və eniş şaquli icra olunur.

Hazırda proqram iştirakçıları proqramın Paris-İl-de-Frans regionunda icrası imkanlarını nəzərdən keçirir. Burada söhbət 2024-cü il Olimpiya oyunlarına qədər Parislə Disneylend arasındakı yolu uçan taksilərlə təmin etmək, həmçinin Ruassi və Sen-Deni şəhərləri arasında sərnişin daşınması marşrutu yaradılmasından gedir.

Yerüstü nəqliyyatının yükünün bir hissəsinin azaldılmasına imkan verəcək uçan taksilərin kommersiya məqsədilə istifadəsi 2030-cu ildə mümkün olacaq. O zaman Paris və Versal arasında marşrutlar xidmətə başlayacaq, həmçinin Defans biznes-kvartalına daşınmalar icra olunacaq.

“Le Parisien”in məlumatına görə, hazırda uçan taksilər sərnişinlərlə birlikdə uçmaq üçün texniki cəhətdən tamamilə hazırdır. Qarşıda isə bu cür nəqliyyat sisteminin yaradılması və idarəsi ilə bağlı problemlərin tənzimlənməsi dayanır. Bununla bağlı müvafiq qanunların və normativ aktların qəbulu, həmçinin uçuşların idarə edilməsi sisteminin yaradılması gözlənilir. Həmçinin uçan taksilərin yaratdığı səs-küylə bağlı da sakinlərin narazılıqlarının yaranması problemə çevrilə bilər.

Bütün bunlarla yanaşı, sözügedən aparatların eniş etməsi üçün meydançalara yer tapılması, həmçinin onların enerji ilə doldurulması üçün cihazların təmin edilməsi məsələsi də diqqət mərkəzində olacaq.

Uçan taksilərin elit deyil, bütün vətəndaşlar üçün əlçatan olması planlaşdırılır. Belə ki, RATP qiymətlərin hər kilometr üçün 1-2 avro təşkil edəcəyini qeyd edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 517 13.01.20 21:11