“Azərsu” leysan yağışlarına hazırdır? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:55 Şamaxıda yeniyetmə söyüşə görə QAN TÖKDÜ  |     15:48 Bayden Ukraynaya 225 milyon dollarlıq hərbi yardım ayırıb  |     15:38 Azərbaycanda qarayara təhlükəsi ilə bağlı dövlət qurumları hərəkətə keçdilər  |     15:29 Şəki sakini kombaynın altında qalaraq öldü  |     14:55 Azərbaycanda 10-cu sinif şagirdi vəfat edib - FOTO  |     14:35 Keçmiş məhkumdan külli miqdarda narkotik vasitə aşkarlandı  |     14:28 Ermənistandan Azərbaycana keçmək istəyən əcnəbi barədə qərar verildi  |     14:21 Azərbaycanda bir nəfərdə qarayara xəstəliyi aşkarlanıb  |     14:10 Azərbaycanda nikahın bağlanmasına mane olacaq daha bir hal müəyyənləşir  |     14:08 Temperatur normadan 6 dərəcə yuxarıdır  |     14:04 Bakıda mədəkiçiltmə əməliyyatı olunan qız öldü  |     14:02 Ermənistan XİN: "Bir ay ərzində Azərbaycanla sülh sazişini imzalamağa hazırıq"  |     13:51 Keçmiş məhkum masaj edən qadına saxta pul verdi, bıçaqla hədələdi - AĞIR CƏZA  |     13:21 Şənbə gününün hava proqnozu AÇIQLANDI  |     12:49 Bakının bir küçəsi bağlıdır - SƏBƏB  |     12:40 Xırdalanda kişi özünü 10 mərtəbəli binadan atdı  |     12:27 Sahibkarların milyonlarla manatını mənimsəyən şəxs hakim qarşısında - VİDEO  |     12:24 Monitorinqlərin nəticələri AÇIQLANDI - Hansı çimərliklərdən istifadə etmək olmaz?  |     12:09 Süni intellekt indi də “WhatsApp”da - Özü cavab verəcək  |     12:07 Bazar günü imtahan verəcək şagirdlərin nəzərinə!  |    

“Azərsu” leysan yağışlarına hazırdır? - AÇIQLAMA

Bakıda bir müddət əvvəl yağan leysan yağışları nəticəsində yaranan problem aradan qaldırılır.

Bunu oxu.az-a açıqlamasında “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, Bakıda yağan leysan xarakterli yağışlar nəticəsində bir sıra problemlər yaranıb:

“Yağış yollarda, tikinti meydançalarında olan qum, palçıq və bir sıra məişət tullantılarını sularla birgə bizim xətlərə və kollektorlara gətirib. Artıq güclü yağış yağan gündən başlayaraq, həm Bakı Su-Kanal İdarəsi, həm də Rayon Su-Kanal İdarələri xətlərin yuyulması ilə məşğuldurlar.

Gecə saatlarında şəhərin mərkəzi küçələrində, gündüzlər isə isə ətraf ərazilər - Babək, Nəcəfqulu Rəfiyev, Xətai prospekti və digər istiqamətdə işlər davam etdirilir. Bakı Su-Kanal İdarəsi iri diametrli kollektorların yuyulması, Rayon Su- Kanal İdarəsi isə kanalizasiya baxış quyularının təmizlənməsi və yuyulması işlərini həyata keçirir”.

Anar Cəbrayıllı bildirib ki, ASC xüsusi texnikalardan istifadə edir ki, xətlər yüksək təzyiqlə yuyulsun və məişət tullantıları təmizlənsin:

“2012-2014-cu illərdə gördüyümüz işlər nəticəsində elə kollektorlar var idi ki, onların tam ötürücülük qabiliyyəti 30-40 faziə düşmüşdü. Gördüyümüz işlər nəticəsində tam ötürücülük qabiliyyətini bərpa etdik”.

ASC rəsmisi qeyd edib ki, hər il yağış barmaqlıqları yuyulur ki, güclü yağışlar zamanı tam gücü ilə işləsin.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 912 03.10.18 17:50